Zəfər Komandanının etimad andı

 

Fevralın 7-də növbədənkənar Prezident seçkiləri – Zəfər seçkisi müstəqil ölkəmizin bütün ərazilərində ilk dəfə olaraq keçirildi. Prezidentimiz tərəfindən növbədənkənar prezident seçkilərinin elan edilməsi qərarı özünəinam və xalq tərəfindən qətiyyətlə dəstəklənəcəyinə əminliyinin göstəricisi idi.

Prezident seçkilərinin digər seçkilərlə müqayisədə daha vacib seçki olduğu üçün ölkəmizin bütün ərazilərində keçirilməsi xüsusi əhəmiyyət kəsb edirdi.

Dövlət müstəqilliyimiz əldə edəndən sonra bütün ərazilərdə keçirilən seçkilər xüsusi əhəmiyyətə malikdir. Zəfər seçkisi kimi tarixən düşən 7 fevral seçkilərində işirak etməklə bütöv Azərbaycan vətəndaşı olmağın qürurunu yaşadıq. Seçkilərin nəticələri isə Liderimizin 20 illik prezidentlik fəaliyyətinə qalib xalqın verdiyi qiymət və dəstəkdir.

2003-2023-cü illər Azərbaycanın tarixinə möhtəşəm 20 il kimi daxil oldu.

Bir sözlə qeyd etsək, əsrə bərabər bir yol olub. Son illər isə Azərbaycanın ərazi bütövlüyünün və suverinliyinin tam bərpası oldu. Zəngin və qələbələr ili kimi yadda qaldı. Vətən müharibəsinin qürurverici nəticələri dövlət başçımızın daxili və xarici siyasətdə sahəsində atdığı addımların məntiqi ardıcıllığıdır.

44 günlük müharibə, antiteror əməliyyatı əməliyyatının zəruriliyini qeyd edən ölkə başçısı bir daha vurğulamışdır ki, Azərbaycan xalqının səbrinin müəyyən həddi var ki, bu hədd sona çatmışdı. Ona görə də biz məcburiyyət qarşısında belə tədbirə əl ataraq və 30 il ərzində mifə çevrilmiş Ermənistan ordusunu darmadağın etdik.

Qalib dövlətin qalib Lideri 2024-cü il 14 fevral tarixində and içdi. Azərbayacan Respublikasının Prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi:

– Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasına əməl edəcəyimə, dövlət müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!

Bu gün Azərbaycan yeni tarixinə başlayır. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz üçün yeni dövr başlayır. Azərbaycan bu yeni mərhələyə ərazi bütövlüyü, tam gücü ilə qədəm qoyur.

Beynəlxalq layihələr, əməkdaşlıq, yeni yolların açılması bizi tamam fərqli bir Azərbaycan edir. Və bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclikdir. Azərbaycan gəncliyi hər zaman dövlət başçısının iqtisadi-siyasi, mədəni arenadakı siyasi fəaliyyətini birmənalı dəstəkləyir.

Qısa müddət ərzində ölkənin yeni rəhbəri ümumxalq etimadı qazandı. Çünki xalqımız bilirdi ki, prezidentimiz bizi xöşbəxt gələcəyə aparmaq əzmindədir və buna qadirdir. Azərbaycan Respublikasının Prezidenti ölkəmizi bundan sonra daha surətli inkişafını təmin edəcək, daha da gücləndirəcəkdir. Xalqımız isə bu Lideri hər zaman dəstəkləyəcəkdir.

Sahilə Rafiq qızı İbrahimova
ADPU-nun Filogiya fakültəsi, Müasir Azərbaycan dili
kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru

0.22084403038025