Almaniyanın əfsanəvi futbolçusu vəfat etdi

 

Almaniya futbolunun əfsanəvi adlarından olan keçmiş futbolçu və məşqçi Andreas Brehme 63 yaşında dünyasını dəyişib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, onun ölüm xəbərini ortağı Suzanne Schaefer ailəsi adından təsdiqləyib.

“Dərin hüznlə bildirirəm ki, Andreas Brehme bu gecə ürək tutması nəticəsində dünyasını dəyişib. Bu çətin zamanda şəxsi həyatımıza hörmət etməyi və sual verməkdən çəkinməyinizi xahiş edirik”, - deyə o, bildirib.

Qeyd edək ki, Brehmenin ən böyük uğuru 1990-cı il Dünya Kubokunu qazanması olub.

O, “Saarbrücken”, “Kaiserslautern”, “Bayern Münih”, “Milan” ve “Real Zaragoza” komandalarının formasını geyinib.

Günay

 

0.15102100372314