"Ayaks" və Nigeriya milli komandasının əfsanəsi Ticani Babanqida avtomobil qəzası keçirib.
Offsideplus.az xəbər verir ki, sabiq futbolçu mayın 9-da Nigeriyada baş verən qəza nəticəsində ağır xəsarət alıb və dərhal xəstəxanaya yerləşdirilib.
Avtomobildə olan futbolçu qardaşı İbrahim Babanqida dünyasını dəyişib.
Qeyd edək ki, 50 yaşlı keçmiş oyunçu 1998-ci il Dünya Kubokunda 4 oyun keçirib, 2 dəfə Afrika Millətlər Kubokunda iştirak edib, 1 dəfə Olimpiya Oyunlarını çempionu olub. Afrikalı əfsanə karyerasının böyük hissəsini "Ayaks" klubunda keçirib, 77 oyuna çıxıb, 20 qol vurub.