Növbəti görüş vaxtını təyin edəcəyik - Qriqoryan

 

“Bizim hər iki ölkə tərəfindən təsdiq edilmiş iş prosedurumuz var. Rəsmi olaraq dərc olunan çərçivədə görüşlərin nəticələri barədə məlumat verəcəyimiz barədə razılaşmamız var.

Növbəti görüşlə bağlı hələlik razılaşmamız yoxdur, amma düşünürəm ki, yaxın vaxtlarda onu təşkil edəcəyik".

Demokratikmusavat.com xəbər verir ki, bunu Ermənistan hökumətinin baş nazirinin müavini Mher Qriqoryan deyib.

Onun sözlərinə görə, qanuni əsası olan topoqrafik xəritələrlə məşğul olmağa çalışırıq. 
“Sərhədin delimitasiyası və demarkasiyası üçün çoxlu materiallara ehtiyac var. İş çoxdur ”, - Qriqoryan  deyib.

 

0.32514095306396