Əliyevin dostluğu Türkiyə üçün əvəzsiz sərvətdir - Yakınca

 

"İlham Əliyev şübhəsiz ki, Türkiyədə çox məşhur liderdir. Biz onu sevməyinə sevirik, amma düşünürəm ki, İlham Əliyevin əhəmiyyətini kifayət qədər dərk etmirik".

Ölkə.Az xəbər verir ki, bu fikirlər "haber7"də "İlham Əliyev Türkiyənin şansı" məqaləsində yer alıb.

Müəllif Qaffar Yakınca "şərq sərhədimizdə, bütün Asiya və türk dünyasına açıldığımız ilk dayanacaqda türk xalqını yaxşı tanıyan, Türkiyəni çox sevən bir liderin olması bizim üçün böyük şansdır", deyə qeyd edib:

"Üstəlik, Əliyev və onun kadrlarında bizdə olmayan bir şey var: türk dünyasının digər liderləri ilə eyni mədəni mühitdən gəlirlər. Onların oxşar tarixi problemləri, oxşar müstəqillik hekayələri var, ən əsası da eyni dildə danışırlar.

Türkiyənin inkişaf və tərəqqisi Qərb hekayəsidir. Biz Şərqi və öz coğrafiyamızı yenicə tanımağa başlayırıq. Azərbaycan həm Şərqi, həm də keçmiş sovet coğrafiyasını bizdən yaxşı bilir. Əliyevin şəxsi xüsusiyyətləri bu baxımdan sözün əsl mənasında “mükəmməl birləşmədir”. O, Rusiyada diplomatiya təhsili almış və illərlə müəllim işləmiş, uzun müddət atasının yanında sovet liderləri arasında təcrübə qazanmış bir adamdır. Diplomat olduğu üçün Qərbi çox yaxşı tanıyır. İngilis və fransız dillərini yüksək səviyyədə bilir. O, Türkiyədə yaşayıb, ölkəmizi və dilimizi çox gözəl bilir. O, rus dilini və bütün keçmiş sovet coğrafiyasını mükəmməl bilir. Bu səbəbdən Əliyevin dostluğu Türkiyə üçün əvəzsiz sərvətdir".

Mürtəza
Ölkə.Az

0.19471907615662