Ermənistandan Azərbaycana keçərkən saxlanılan şəxslə bağlı səfirlikdən RƏDD CAVABI

 

Ermənistandan Azərbaycana keçmək istəyərkən saxlanılan Çex Respublikasının vətəndaşı barədə bu ölkənin Azərbaycandakı səfirliyi danışmaqdan imtina edib.

“Report”un müvafiq sorğusuna cavab olaraq səfirlikdən məsələni şərh etmədiklərini bildiriblər.

Xatırladaq ki, fevralın 3-də Çex Respublikasının vətəndaşı Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub və hərbçilər tərəfindən saxlanılıb.

Elə həmin gün müvafiq məlumat Çex Respublikasının Azərbaycandakı konsulluğuna göndərilib.

Hazırda faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat araşdırmaları davam edir.

0.27908086776733