Azərbaycan və Ermənistan 2024-cü ilin birinci yarısında sülh sazişi imzalaya bilər.
Ölkə.az xəbər verir ki, bu barədə “Fitç Solutions” reytinq agentliyinin ("Fitch Group"un bir hissəsi) analitiklərinin hesabatında bildirilib.
“Çox güman ki, sülh sazişinə Zəngəzur dəhlizinin yaradılması üzərində Azərbaycanın nəzarətinin gücləndirilməsi haqqında müddəalar daxil ediləcək”, - hesabatda vurğulanıb.
Onların proqnozuna görə, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan qısa və ortamüddətli perspektivdə regional təhlükəsizliyini gücləndirib.