Ermənistan Türkiyə ilə keçid məntəqəsini istifadəyə verməyə hazırdır

 

Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsi əsaslı təmir olunub və istismara tam hazırdır.

APA xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədr müavini Karen Tamazyan yerli jurnalistlərə bu gün keçirilən mətbuat konfransında bildirib.

“Gömrük texniki vasitələrinə, pasport nəzarətinə, eləcə də sərhəd mühafizəsinə gəlincə, bütün infrastruktur sərnişinlərə lazımi şəkildə xidmət göstərməyə hazırdır”, - deyə Karen Tamazyan bildirib.

0.19189786911011