Ceyms O’Brayn: Azərbaycan və Ermənsitan arasında sülhü dəstəkləyirik

 

"Biz Azərbaycan və Ermənistan arasında sülhü və münasibətlərin normallaşmasını dəstəkləyirik".

"Ölkə.az" xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn xarici jurnalistlər üçün onlayn brifinqdə deyib.

"Biz tərəflər arasında sülh sazişini, dayanıqlı və ləyaqətli sülhün əldə olunmasını dəstəkləyirik. Biz iki ölkənin sülhlə bağlı sağlam gündəliyinin olmasından həvəslənirik", - ABŞ diplomatı deyib.

O bildirib ki, ABŞ-nin Azərbaycan və Ermənistanla siyasi, iqtisadi və təhlükəsizlik sahələrində yaxşı əlaqələri var.

"Biz hesab edirik ki, tərəflər arasında sülhün əldə olunması regional iqtisadi inkişaf üçün imkanlar yaradacaq".

ABŞ diplomatı vurğulayıb ki, sülh region xalqları üçün səmərə verəcək.

0.54132986068726