Ərdoğanla Putin görüşəcək

 

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş hazırlanır.

Ölkə.az xəbər verir ki, RİA Novosti agentliyinin məlumatına görə, onlara bu barədə Türkiyə prezidentinin administrasiyasından məlumat verilib. 

“Hələlik konkret məlumat yoxdur. Görüş məsələsi gündəmdədir və bununla bağlı diplomatik kanallar vasitəsilə işlər aparılır. Görüşün tarixi və yeri ilə bağlı hələ ki dəqiq məlumat yoxdur”, - deyə bildirilir.

Mürtəza
Ölkə.Az

0.15214586257935