Numan Kurtulmuş: “İslam ölkələri arasında əməkdaşlıq güclənməlidir”

 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş islam ölkələri arasında əməkdaşlığın, həmrəyliyin gücləndirilməsinin vacib olduğunu bildirib.

Demokratikmusavat.com xəbər verir ki, o, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) IV Beynəlxalq Liseylər Sammitində çıxışı zamanı islam dünyasını birgə daha yuxarı zirvələrə aparılmasını zəruri sayıb:

"Bunun üçün hər birimiz çalışmalıyıq. Həmçinin BMT-nin də yenidən formalaşdırılmasına ehtiyac var”.

N.Kurtulmuş vurğulayıb ki, indi dünyanın ən müxtəlif yerlərində haqsızlıq hökm sürür: “Belə bir şəraitdə irəli getmək mümkün deyil. Daha ədalətli dünyanın qurulması üçün hər birimizin üzərinə məsuliyyət düşür. Dünyadakı 200 ölkənin hər biri suveren və bərabərhüquqlu olmalıdır. Bunun üçün çalışmalıyıq”.

 

0.32657885551453