ABŞ-da bir it 4 min dolları yedi, lakin sonra baş verənlər hamını şoka saldı - VİDEO

 

Pensilvaniya ştatının Pittsburq şəhərində qeyri-adi hadisə baş verib. Yeddi yaşlı Cecil adlı qoldendudl (qızılbaş) cinsli köpək sahibləri Kleyton və Kerri Lounun nağd pullarıyla nahar edib.

Qaynarinfo xəbər verir ki, Sesil ailənin əmanət hesabından çıxardığı pulu yerli bankdan aldıqdan cəmi 30 dəqiqə sonra udub.

Pul itirmənin ilkin şokunu yaşayan ev sahibləri itin köməyə ehtiyacı olmadığını bildirən baytardan məsləhət alıblar.

Daha sonra cütlük bankla əlaqə saxlayıb. Onlar bildiriblər ki, itlərlə bağlı belə hallar o qədər də nadir deyil və qalan əskinaslarda seriya nömrəsi görünsə, qurum pulu qaytara bilər.

Lou ailəsinin ev heyvanı tualetə gedənə qədər gözləməkdən, sonra isə hərfi mənada pulları yumağa başlamaqdan başqa çarəsi qalmayıb.

Loular çeynənmiş əskinasları diqqətlə yuyub yapışdırdıqdan sonra yeyilən pulların demək olar ki, hamısını geri qaytara biliblər.

Ümumilikdə, Sesilin naharı onlara 450 dollara başa gəlib - bu, onların bərpa edə bilmədiyi məbləğdir. Amma ailə buna da sevinib, çünki ev heyvanının əskinas qutusunu çeynədiyini görəndə pulla ümumiyyətlə vidalaşdıqlarını düşünüblər.

Qeyri-adi macəra sosial mediada viral hitə çevrilib, cütlük hətta Instagram-da təcrübənin videosunu paylaşıb.

Sosial şəbəkə istifadəçiləri bu hadisədən şoka düşüb və Lounu macərasını uğurla başa vurması münasibətilə təbrik ediblər.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Carrie Law (@ooolalaw)

0.19222712516785