“Ermənistan davamlı olaraq danışıqları imitasiya edir”

 

“Bu il ərzində Azərbaycan və Ermənistan liderləri Blinkenin təşkilatçılığı ilə Münhendə ümumilikdə 4 görüş keçirib”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

“Bununla belə, dekabrın 26-sı liderlər arasında qeyri-rəsmi görüş baş tutub. Xarici işlər nazirləri arasında il ərzində 4 görüş keçirilib. Azərbaycanın təşəbbüsü ilə Tehranda qeyri-rəsmi görüş olub. Bu il iki ölkə arasında delimitasiya komissiyalarının sərhəddə 2 görüşü baş tutub. Hər iki ölkə tərəfindən reqlament təsdiq edilib. Lakin Ermənistan davamlı olaraq danışıqları imitasiya edərək əhəmiyyətli irəliləyişə imkan vermir. Hesab edirəm ki, 2024-cü ildə iki ölkə arasında fiziki görüşlərin bərpa edilməsinin şahidi olacağıq”, - deyə nazir vurğulayıb.

C. Bayramov bildirib ki, dekabr ayında Ermənistanla Azərbaycan arasında danışıqlarda müşahidə olunan inkişaf ciddi etimad quruculuğu kimi qəbul edilə bilər: “Burada hər hansı üçüncü ölkənin vasitəçiliyi olmayıb. Bu, vacib elementdir.

Hesab edirəm ki, noyabrın 30-u delimitasiya komissiyalarının görüşü iki ölkənin sərhədində keçirilməsi, artıq konkret nəticənin əldə edilməsi yolunda ilkin addımlar olsa da, müsbət inkişaf kimi bunları qeyd etməliyik”.

0.20841789245605