"Neftçi"nin yeni baş məşqçisinin naliyyətləri - DOSYE

 

Xəbər verdiyimiz kimi, "Neftçi" komandasının baş məşqçisi dəyişib.

Rumıniyalı Adrian Mutu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Onu bu postda Miodraq Bojoviç əvəzləyib.

"Report" “Neftçi”nin yeni baş məşqçisinin naliyyətləri barədə məlumatı təqdim edir.

Belə ki, Miodroq Bojoviç 1968-ci ildə ölkəsinin Moykovats şəhərində anadan olub.

55 yaşlı mütəxəssisin futbolçu karyerası cəmi 13 il davam edib.

1986-1992-ci illərdə Pödqöritsanın "Buduçnost" klubunun formasını geyinən keçmiş müdafiəçi daha sonra Serbiyada, İndoneziyada, Kiprdə, Niderlandda və Yaponiyada legioner həyatı yaşayıb.

1999-cu ildə futbolçu karyerasını bitirən Bojoviç 2000-ci ildə məşqçiliyə başlayıb. 2000/2001 mövsümündə Serbiyada "Belqrad"ın "sükanı arxasında" olan mütəxəssis ardınca Yaponiyada "Hokkaydo Konsadole Sapporo"da köməkçi məşqçi funksiyasını yerinə yetirib.

O, Serbiyada "Borats", "Obiliç", "Hayduk" ( Belqrad), "Srvena Svezda", Kiprdə AEL, ölkəsində "Buduçnost", "Qrbal", Rusiyada "Amkar", "Moskva", "Dinamo", "Rostov", "Lokomotiv", "Arsenal", "Krılya Sovetov"da işləyib.

Baş məşqçi son olaraq 2021/2022 mövsümündə "Arsenal" komandasına rəhbərlik edib. Bojoviç 2013/2014 mövsümündə "Rostov"la Rusiya Kubokunun, 2015/2016 mövsümündə "Srvena Svezda" ilə Serbiya Superliqasının qalibi olub.

Qeyd edək ki, "Neftçi" monteneqrolu mütəxəssislə 1.5 illik (1 il+ 6 ay) sözləşmə imzalayıb.

0.28885197639465