İkardi “Real Madrid”ə keçidə? – Son qoydu

 

Offsideplus.az xəbər verir ki, argentinalı forvard “sarı-qırmızılar”da qalacaq. “Fotomaç”ın məlumatına görə, İkardi klub rəhbərliyinə bu sözləri çatdırıb:

“Qalatasaray”da çox xoşbəxtəm. Pul mənim üçün heç vaxt bir seçim olmayıb. “Real Madrid” dünyaca məşhur klubdur, lakin “Qalatasaray” da çox böyük klubdur. Ayrılmaq fikrim yoxdur. Burada yenə çempion olmaq istəyirəm”, deyə bildirib.

Xatırladaq ki, “Kral klubu”nun baş məşqçisi Karlo Ançelottinin Mauro İkardini rəhbərliyə təklif etdiyi ilə bağlı xəbərlər yayılıb.

Qeyd edək ki, İkardi cari mövsümün əvvəlində Səudiyyə Ərəbistanı klublarının təkliflərini geri çevirərək, PSJ-dən “Cim-Bom”a transfer olunmuşdu.

0.16965389251709