PFL Premyer Liqada iki oyunun saatını dəyişdi

 
“Səbail”in ev oyunlarını keçirdiyi “ASCO Arena”nın elektrik təchizatında problem yarandığı üçün Misli Premyer Liqasının 14-cü turunun  oyun cədvəlində dəyişiklik edilib. 

Ölkə.az PFL-in saytına istinadən xəbər verir ki, “Səbail  klubunun müraciəti əsasında “Kəpəz” PFL tərəfindən məlumatlandırılıb və əvvəlcədən saat 18:30-da (25 noyabr) başlanması nəzərdə tutulan oyunun 14:00-da başlanmasına qərar verilib.
 
Bundan əlavə, təşkilati məsələlər ilə bağlı 16-cı turun “Zirə”  - “Araz Naxçıvan” (9 dekabr)  oyununun startı saat 18:00-dan 17:00-a keçirilib.

0.15397119522095