Zədələnməsinə baxmayaraq, istedadı ilə “Real Madrid” tərəfdarlarını özünə valeh edən və qısa müddətdə diqqət mərkəzinə düşən Arda Gülerdən sonra ispan nəhəngi indi də başqa bir gənc türkiyəli qapıçı barədə düşünür.
İddialara görə, “Real Madrid” “Trabzonspor”un oyunçusu Onuralp Çevikkana göz dikib.
Onuralp Çevikkanı Almaniya nəhəngi “Bayern”in (Münhen) də izlədiyi bildirilir.
Hələ “Trabzonspor” A komandası ilə oyuna çıxmayan Onuralp aşağı kateqoriyalardakı çıxışı ilə diqqət çəkib. 17 yaşlı gənc qolkiper “Trabzonspor”a “Altınordu”dan transfer olunub.
Onuralpın Qara dəniz təmsilçisi ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.
“Transfermarkt”ın məlumatlarına görə, hazırda “Trabzonspor”un U19 komandasında çıxış edən Onuralpın bazar dəyəri 700 min avro təşkil edir.