“Gözümü ondan çəkə bilmirdim” - Nagelsman Bardakçı haqqında danışdı

 

Almaniya millisinin baş məşqçisi Yulian Nagelsman Türkiyənin Almaniyaya 3:2 hesabı ilə qalib gəldiyi matçdan sonra "Qalatasaray"ın və millinin futbolçusu Abdulkerim Bardakçı haqqında danışıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Nagelsman Bardakçını  dəhlizdə gözlədiyini və onu təbrik etdiyini deyib.

"Türkiyə çox şanslıdır ki, Abdulkerim Bardakcı müdafiədə var. O, dünya səviyyəli müdafiəçidir. Gözümü ondan çəkə bilmirdim. Onu dəhlizdə gözlədim və təbrik etdim. Möhtəşəm oyun nümayiş etdirdi", - deyə Nagelsman bildirib.

Qeyd edək ki, Bardakçı həmin matçı 1 məhsuldar ötürmə, 1 penalti və uğurlu müdafiə ilə tamamlayıb.

0.22225022315979