Fransanın Ermənistandakı səfiri Ermənistan-Azərbaycan sərhədinə gedib

 

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Ermənistan-Azərbaycan sərhədində olub.

"Ölkə.az" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Səfir Ermənistan ərazisinin Azərbaycanla (Naxçıvan) sərhədindəki strateji nöqtəsi olan Tejkar dağının yamacında olub.

“Fransa Ermənistanın ərazi bütövlüyünə və 1991-ci il sərhədlərinə hörmətlə yanaşmada xüsusilə həssasdır, bu barədə Praqa bəyanatında bir daha xatırladılır”, - səfir bildirib.

0.1877920627594