Ankaradan xəbərdarlıq: savaş dünya müharibəsinə çevrilə bilər

 

"Rusiya-Ukrayna müharibəsində Ukraynanın çox ağır bədəl ödədiyini bilirik. Müharibə on minlərlə insan itkilərinə, yandırılan və dağıdılan şəhərlərə, dağılan infrastrukturlara səbəb oldu. Ukraynaya hərtərəfli böyük ziyan dəydi. Biz Türkiyə olaraq Rusiya ilə Ukrayna arasındakı müharibəni ən qısa zamanda bitirmək, Ukraynanın ərazi bütövlüyünü davamlı və dayanıqlı sülhü təmin etmək üçün böyük səylər göstəririk".

Demokratikmusavat.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Ukrayna parlamentinin sədri Ruslan Stefançuk ilə görüşündə deyib. 

Kurtulmuş əlavə edib ki, bu müharibə yalnız Rusiyanın Ukraynaya qarşı müharibəsi deyil: "Bu müharibə bütün Qərb dünyası ilə Rusiya arasındakı müharibə potensialını artırır. Bu da üçüncü böyük müharibəni alovlandıra bildiyindən dünyada sülhü ciddi təhdid edir. O baxımdan da bizim əsas məqsədimiz müharibəni dayandırmaq və Ukraynanı tez bir zamanda bərpa etməkdir".

 

 

0.30188393592834