İtaliya təmsilçisi "İnter"in və Serbiya millisinin sabiq futbolçusu Deyan Stankoviç "Spartak" (Moskva) komandasının baş məşqçisi təyin olunub.
Demokratikmusavat.com xəbər verir ki, 45 yaşlı mütəxəssis 2024/2025 mövsümündən etibarən "ağ-qırmızılar"ı çalışdıracaq.
Qeyd edək ki, D.Stankoviç məşqçi kimi sonuncu dəfə 2023-cü ildə Macarıstanın "Ferentsvaroş" klubunda fəaliyyət göstərib.