Argentinada “Boka Xuniors” azarkeşi Marselo Morales Libertadores Kubokunun finalında sevimli komandası məğlub olduğu üçün intihar edib.
Məlumata görə, intihar edən 23 yaşlı Morales Buenos-Ayresdə polis məmuru olub və “Boka Xuniors” komandasına dəhşətli dərəcədə azarkeşlik edib.
Moralesin anası oğlunun “Boka Xuniors”un “Fluminense”yə uduzmasından sonra özünü pis hiss etdiyini, lakin intihar həddinə çatacağını düşünmədiyini deyib.