Azərbaycanın aparıcı şahmatçıları 2024-cü ildə milli komandaya düşməyə bilərlər.
"Ölkə.az" xəbər verir ki, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov bildirib ki, Azərbaycan milli komandasının oyunçuları arasında klassik şahmat üzrə təcrübənin olmaması komandanın səviyyəsinə mənfi təsir göstərir.
Bununla bağlı qərara alınıb ki, milli komanda üzvləri noyabrın 1-dən iyulun 1-dək ən azı 18 klassik oyun keçirməlidir.
Bu, son vaxtlar klassik partiyaları çox az oynayan ölkənin aparıcı qrossmeysterləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun komandadan kənarda qalması ilə nəticələnə bilər.
Məsələn, Rəcəbov sonuncu dəfə demək olar ki, bir il əvvəl klassik oyun keçirib.