“Mançester Yunayted”in Kazemiro şoku

 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro Liqa Kubokunda “Nyukasl Yunayted”lə qarşılaşma zamanı (0:3) aldığı zədə səbəbindən bir neçə həftə oyunlarda iştirak edə bilməyəcək.

Bu barədə klubun mətbuat xidməti komandanın rəsmi saytında məlumat yayıb.

Braziliyalı yarımmüdafiəçi zədə səbəbindən fasilədə əvəzlənib. Sonrakı qiymətləndirmədə futbolçunun bir neçə həftə yaşıl meydanlardan kənarda qalmasına səbəb olacaq zədə aşkarlanıb.

Qeyd edək ki, 31 yaşlı Kazemiro 2022-ci ilin yayında “Real Madrid”dən “Mançester Yunayted”ə keçib. Bu mövsüm braziliyalı bütün yarışlarda 12 matçda iştirak edib, dörd qol vurub və bir məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilə 2026-cı ilin yayına kimi imzalanıb.

 

0.18721294403076