Ermənistan və Azərbaycan altıncı dəfədir ki, sülh müqaviləsi ilə bağlı təkliflər mübadiləsi aparırlar.
Ölkə.Az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Qarabağda baş verən hadisələr, əhalinin köçürülməsi Ermənistanın və bütövlükdə regionun təhlükəsizliyi üçün yeni risklər və çağırışlar yaradıb.
“Bununla belə, İrəvanın sülh gündəliyinin həyata keçirilməsi istiqamətində kursu davam edir”, - Mirzoyan bildirib.
Sülh müqaviləsinin şərtlərini açıqlayan Mirzoyan bildirib ki, sazişin birinci prinsipi ərazi bütövlüyünün tərəflər tərəfindən qarşılıqlı tanınmasına aiddir:
“Müqavilənin ikinci prinsipi iki ölkənin sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlıdır. Proses sovet dövrünün ən son və qanuni xəritələri əsasında aparılmalıdır. Bu xəritələr 1974-1978-ci illərdə tərtib edilib. Ümumilikdə delimitasiya SSRİ-nin dağılması zamanı mövcud olan sərhədlər əsasında aparılmalıdır.
Üçüncü prinsip regional kommunikasiyaların bloklanmasına aiddir. Bir daha qeyd edirəm ki, Ermənistan nəinki blokun açılmasına qarşı deyil, həm də özünü bu kommunikasiyaların açılmasından əsas faydalananlardan biri hesab edir.
Beləliklə, İrəvanın yanaşması dəyişməz olaraq qalır: bütün kommunikasiyalar ərazisindən keçdikləri ölkələrin yurisdiksiyasında, bərabərlik və qarşılıqlılıq əsasında fəaliyyət göstərməlidir”.
Mürtəza
Ölkə.Az