“Çelsi”nin xalları silinə bilər

 

İngiltərənin “Çelsi” klubunun xalları silinə bilər.

"Ölkə.az" xəbər verir ki, London klubunun transferləri ilə bağlı araşdırmaya başlanılıb.

“Zadəganlar”ın Roman Abramoviçin dönəmində - 2003-2022-ci illər aralığında reallaşdırdığı bəzi keçidlər şübhə yaradıb. Xüsusən də 2013-cü ildə Samuel Eto'o və Villiamın transferi zamanı Premyer Liqa təmsilçisinin Rusiya klubu “Anji” rəsmilərinə qanunsuz ödəniş etdiyi iddia olunur.

İngiltərə klubunun qeyri-qanuni yollara əl atdığı sübuta yetirilsə, xalları silinə və transfer qadağası qoyula bilər.

 

 

0.28794598579407