İrəvan özü Bakıya qarşı sanksiyanı qəbul etmir - Kanadalı diplomat

 

“Münaqişənin 30 ildən artıqdır, davam etdiyinə görə, iki ölkənin sərhədləri barədə dəqiq məlumat yoxdur. Biz gözləyirik ki, bu kimi məsələlər sülh sazişi ilə, o cümlədən evlərin və mədəni sərvətlərin qorunması ilə bağlı həll olunacaq. Kanada bu səyləri dəstəkləyir”.

Ölkə.Az xəbər verir ki, bunu Kanadanın Ermənistandakı səfiri Endryu Törner Kanada Parlamentinin Xarici Əlaqələr və Beynəlxalq İnkişaf Komitəsində “Ermənistan və Azərbaycan arasında sərhəd təhlükəsizliyi” mövzusunda müzakirələr zamanı çıxışı zamanı deyib.

Bakıya qarşı sanksiyalara gəldikdə kanadalı diplomatın sözlərinə görə, sanksiyalardansa sülhə nail olmaq lazımdır.

“Ermənistan hökumətində sülh prosesinin irəliyə aparılması təəssüratı yaransa da, biz bu səylərə mane olmaq üçün heç bir addım atmaq istəməzdik”, - diplomat qeyd edib.

Kanadalı deputat Samir Zuberinin Ermənistanın  Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsi istəyinə gəldikdə səfir deyib ki, yox istəmir: “Hazırda Ermənistan daxilində sanksiyaların tətbiqi məsələsi ətrafında mübahisə gedir. Biz dəstək və konkret addımlar çağırışlarını eşitmişik. İrəvanda  hazırda əsas fikir ondan ibarətdir ki, razılaşdırılmış sülh müqaviləsinə nail olmaq lazımdır”.

Mürtəza
Ölkə.Az

0.37420701980591