“Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması beynəlxalq faktdır..." – Erməni deputatdan şok etiraf

 

“Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması, beynəlxalq faktdır və heç bir normal dövlət başqa cür deyə bilməz, bunlar beynəlxalq səviyyədə tanınmış sərhədlərdir və qorunub saxlanılır”.

"Demokratikmusavat.com" xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini, deputat Armen Xaçatryan deyib.

“Niyə bu regionda 44 günlük müharibədən sonra Ermənistan sülhə doğru getdiyini, ən çox sülhə ehtiyacı olduğunu bəyan etdi? Çünki müharibədən sonra resurslar, ölkənin vəziyyəti və siyasi vəziyyət ilk növbədə Ermənistanı təhdid edirdi. Bəs siz necə təsəvvür edirsiniz ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadığını bəyan edəcəkdi? Bu, birbaşa müharibənin başlanğıcı olardı. Bütün dünya Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Bura Azərbaycan ərazisidir.

Kim düşünür ki, bu gün mövcud geosiyasi şəraitdə belə ordu ilə bölgəmizdə müharibəyə başlada və qalib gələ bilərik? İstər Ermənistanın üzləşdiyi problemlər, istərsə də bizi təhdid edən qüvvə tamamilə müqayisə olunmazdır”, - deyə Armen Xaçatryan bildirib.

 

 

0.25998020172119