FIFA qalmaqallı federasiya başçısını cəzalandırıb

 

FIFA mükafatlandırma mərasimində futbolçunu öpən İspaniya federasiyasının keçmiş rəhbəri Luis Rubialesi üç il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırıb.

Qeyd edək ki, Luis Rubialesin dünya çempionatının finalında İngiltərə üzərində qələbədən (1:0) sonra ispaniyalı qadın futbolçu Cennifer Ermosonu dodaqlarından öpdüyünə görə böyük qalmaqal olmuşdu.

 

0.24398994445801