Ermənistan bizim hansı sənədi imzalayacağımızdan xəbərdar idi. Bakının səlahiyyətli şəxsləri ilə əlaqə yaratdım. Hərbi əməliyyatları dayandırmaq üçün danışıqlara başlamalı oldum.
Bunu hazırda Ermənistanda olan Qarabağdakı keçmiş qondarma rejimin “prezidenti” Samvel Şahramanyan deyib.
“Danışıqlardan sonra biz müvafiq sənədi qəbul etdik. Silahları təhvil vermək, silahlı qüvvələrin buraxılması, Yevlaxda görüş kimi məsələlər burada yer almışdı. Laçında buraxılış məntəqəsi yaradıldığı gündən etibarən biz ordan silahlarımızı və ağır texnikaları çıxara bilməzdik. Ona görə təhvil verdik. Ermənistan Silahlı Qüvvələrinin ərazidən çıxarılması bizim üçün qəbuledilməz idi. Lakin biz Azərbaycanın tələbi ilə bunu da qəbul etdik”, - Şahramyan bildirib.