Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” klubunda növbəti qolunu vurub.
28 yaşlı yarımmüdafiəçi 10-cu turda “Skenderbeu” ilə səfər oyununda fərqlənib.
İsgəndərli üçüncü dəqiqədə hesabı açıb.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Eqnatiya” 10 turdan sonra 20 xalla liderdir. Rəqibindən bir matç az keçirən ikinci sıradakı “Partizani” də eyni xala malikdir.