Avropanın “Top-5” liqalarının rəmzi komandası açıqlanıb

 

Avropanın “Top-5” liqalarında ötən həftənin rəmzi komandası açıqlanıb.

Oxu.az xəbər verir ki, 11-liyə İspaniya La Liqasından üç, Fransa Liqa 1-i, Almaniya Bundesliqası, İtaliya A seriyası və İngiltərə Premyer Liqasının hərəsindən 2 oyunçu düşüb.

Həftənin rəmzi komandası belədir:

Qapıçı: Alban Lafon (“Nant”, Fransa).

Müdafiəçilər: Dani Karvahal (“Real”, İspaniya), Mats Hummels (“Borussiya”, Dortmund, Almaniya), Deyli Blind (“Jirona”, İspaniya), Alexandro Qrimaldo (“Bayer”, Almaniya).
Yarımmüdafiəçilər: Aleksandr Qolovin (“Monako”, Fransa), Luis Alberto (“Latsio”, İtaliya), Duqlas Luis (“Aston Villa”, İngiltərə).

Hücumçular: Antuan Qrizmann (“Atletiko”, İspaniya), Xviça Kvaratsxeliya (“Napoli”, İtaliya), Məhəmməd Salah (“Liverpul”, İngiltərə).

0.19598078727722