UEFA yarımçıq qalan oyun barədə qərar verdi

 

Brüsseldə baş verən terror aktına görə yarımçıq qalan Belçika - İsveç oyunu davam etdirilməyəcək. "Ölkə.az" xəbər verir ki, bu barədə UEFA məlumat yayıb

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilən matçın dayandırıldığı vaxt tabloda olan 1:1 hesabı qeydə alınıb.

Xatırladaq ki, oyun oktyabrın 16-da Brüsseldə baş tutub. Qarşılaşma zamanı şəhərin mərkəzində terror aktı nəticəsində İsveç millisinin iki azarkeşinin həlak olması məlum olub. İlk hissə 1:1 hesabı ilə başa çatandan sonra oyun davam etdirilməyib.
Qeyd edək ki, belçikalılar 2024-cü il Avropa çempionatına vəsiqəni hələ bu oyundan əvvəl təmin etmişdilər.

0.41229605674744