Azərbaycan Zəngəzuru bu cür alacaq – ŞOK PLAN

 

“Ermənistan 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndinə əsasən, Bakının dediyi kimi, Zəngəzur dəhlizini açması barədə üzərinə öhdəlik götürüb və bunu icra etməlidir. Problem ondadır ki, 10 noyabr bəyanatının 9-cu bəndinin tələbinə əsasən, Zəngəzur dəhlizi  Ermənistanın suveren ərazisi olmayacağı, ekstraterritorial yol olacağı mənasını qoyur. Azərbaycan da davamlı olaraq bunu deyir”.

Ölkə.Az xəbər verir ki, bunu “hraparak”a açıqlamasında erməni siyasi texnoloq Vigen Akopyan  Zəngəzur dəhlizi ilə bağlı məsələni şərh edərkən deyib.

“Nikol Paşinyanın da imzaladığı 10 noyabr sənədinə görə, orada açıq-aydın yazılıb ki, bu yol suveren yoldur, lakin yola Rusiya sərhəd qoşunları nəzarət edəcək”. – Akopyan bildirib.

Onun sözlərinə görə, burada Naxçıvanı Azərbaycan əraziləri ilə birləşdirməli olan kommunikasiyaların açılması və təhlükəsiz nəqliyyatın təmin edilməsi haqqında 10 noyabr tarixli bəyanatın 9-cu bəndinə istinad edilir. 

“Yeri gəlmişkən, məlum olsa ki, 10 noyabr sənədinin 9-cu bəndi yerinə yetirilir, istər Zəngəzur dəhlizi, istər Meğri marşrutu, istərsə də Paşinyan yolu nə adlandırmasından asılı olmayaraq, rusların nəzarətində olacaq. Belə çıxır ki, Qarabağ, sadəcə, ona görə təslim edilib ki, Nikol Paşinyan uzun müddət rusları biabır etmək və 10 noyabr sənədinin 9-cu bəndində nəzərdə tutulanı verməmək istəyirdi.

Məlum olub ki, o, uzun müddət ruslarla konfliktə girən Paşinyan sırf noyabrın 10-da imzalanan sənədin 9-cu bəndini qəbul etməmək üçün Qərb oyunu ilə məşğul olub. Nəticədə Qarabağ Ermənistan tərəfindən Azərbaycana təslim edilib. Amma son nəticədə Nikol Paşinyan bu yolun açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi həyata keçirməlidir. Belə çıxır ki, nəticə eyni olub, sadəcə olaraq, Nikol Paşinyanın cahil geosiyasi hərəkətləri nəticəsində Qarabağ itirildi, indi də 10 noyabr sənədinin 9-cu bəndi qüvvəyə minəcək”, - deyə Vigen Akopyan bildirib.

Qeyd edək ki, 10 noyabr bəyanıtının 9-cu bəndində deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”.

Rusiyalı tarixçi, ermənipərəst ekspert Modest Kolerov isə deyib ki, son hadisələrə qədər Zəngəzurun əhalisi 43 mindən 7 minə qədər azalmışdı. İndi orda Qarabağdan köçənlərdən bəzilərini yerləşdiriblər: "Amma onlar müxtəlif yerlərdə məskunlaşacaqlar, ona görə də region əhali azalması təhlükəsi ilə üz-üzədir. Məsələ Zəngəzurun rəsmi statusundan asılı olmayaraq, ona nəzarətdən gedir. İrandan keçən dəhliz istənilən halda tikiləcək, lakin bu, texniki xarakter daşıyacaq. Bakı və Ankara məhz Zəngəzurdan birbaşa marşrut çəkməyə çalışacaq. Fransa heç bir şəkildə kömək etməyəcək. Rus sülhməramlılar isə gedəcək".

Mürtəza
Ölkə.Az

0.24444603919983