Mərc oyunlarında adı hallanan “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali İtaliyanın istintaq orqanına ifadə verib.
“Qafqazinfo” xəbər verir ki, o, qanunsuz mərc oyunlarında iştirakını etiraf edib. Bu barədə “Gazzetta.it” məlumat yayıb.
Tonali “Milan”da çıxış edərkən komandanın oyunlarına mərc etdiyini bildiriib. Bu səbəbdən, Sandro 12 ay müddətinə diskvalifikasiya oluna bilər.
Xatırladaq ki, Tonali ötən yay 70 milyon avro qarşılığında “Milan”dan “Nyukas”a keçib.