Ermənistan KTMT-dən çıxır? - Xandanyan AÇIQLADI

 

“Ermənistanda vektorun dəyişdirilməsindən söhbət gedə bilməz, çünki vektor Ermənistana, onun müstəqilliyini və suverenliyini təmin etməyə yönəlib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentində Xarici əlaqələr daimi komitəsinin rəhbəri Sarkis Xandanyan yerli jurnalistlərlə söhbətində deyib.

Xandanyan Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Parlamentində “İrəvan Aİ-nin bunu mümkün hesab edəcəyi qədər Avropa İttifaqına yaxınlaşmağa hazırdır” sözlərinə də şərh verib.

Qeyd edək ki, Rusiyada bu çıxış təxribat xarakterli hesab olunub və Ermənistanın Ukrayna yolu ilə getdiyi qeyd edilib.

“Xarici oriyentasiya Ermənistanın müstəqilliyini, suverenliyini və təhlükəsizliyini təmin edəcək xarici siyasətin həyata keçirilməsidir”, - deyə Xandanyan bu məsələyə belə münasibət bildirib.

Erməni deputatın sözlərinə görə, Ermənistan Aİİ və KTMT-dən çıxmaq imkanlarını nəzərdən keçirmir: “Hazırda bu məsələni müzakirə etmirik”.

 

0.59725904464722