Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Füzuli rayonuna gedib.
Səfir bu barədə "X" hesabında paylaşım edib.
"Qələbənin və Füzulinin erməni işğalından azad edilməsinin üçüncü ilində Füzuli yolundayıq. Biz Qarabağın yenidən qurulmasının, inkişafının, qardaşlarımızın öz vətənlərinə qayıtmasının şahidi olacağıq", - diplomat bildirib.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-i Füzuli Şəhəri Günü kimi qeyd edilir. Bu əlamətdar gün Füzuli şəhərinin 2020-ci il oktyabrın 17-də Ermənistan işğalından azad edilməsi ilə əlaqədar təsis edilib. Bu gün şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.