Zidan yenidən "Real"ı çalışdıra bilər

 

"Real"ın keçmiş baş məşqçisi Zinəddin Zidan Madrid klubuna qayıda bilər.

Bu barədə "El Chiringuito"nun jurnalisti Xose Alvares məlumat yayıb.

Fransız mütəxəssis karyerasını Braziliya millisində davam etdirəcək hazırkı çalışdırıcısı Karlo Ançelottini əvəz etməyə əsas namizəddir.

Qeyd edək ki, Fransalı mütəxəssis 2016-2018 və 2019-2021-ci illərdə "Real"a rəhbərlik edib. O, Madrid klubu ilə birlikdə ikiqat İspaniya çempionu, iki dəfə İspaniya superkubokunun və üç dəfə Çempionlar Liqasının qalibi olub.//BAKU.WS

 

0.24203085899353