Paraqvaylı futbolçu oyun vaxtı Messiyə tüpürüb - VİDEO

 

DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin qrup səviyyəsində keçirilən Argentina - Paraqvay oyununda insident yaşanıb.

Qarşılaşmanın 84-cü dəqiqəsində qonaq komandanın hücumçusu Antonio Sanabriya rəqib oyunçu Lionel Messiyə tüpürüb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Əvvəlcə futbolçular arasında sözlü mübahisə yaranıb, daha sonra Sanabriya gedən Messinin kürəyinə tüpürüb. Oyunun hakimi baş verənlərə reaksiya verməyib.

Buenos-Ayresdə baş tutan görüş 1:0 hesabı ilə argentinalıların xeyrinə başa çatıb. Messi 53-cü dəqiqədə meydana çıxıb.

0.30037999153137