“Futbolçularımın əziyyətinə heyfim gəlir. Bu gün rəqibdən üstün, yaxşı futbol oynadılar".
"Demokratikmusavat.com" xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev Bakıda Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə oyunu barədə danışarkən deyib.
Mütəxəssis rəqibi təhlil etdiklərini bildirib: "Hansı mövqelərdə üstün olduğunu bilirdik. Təəssüf ki, standart vəziyyətdən sonra qol buraxdıq. Yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Hətta penaltidən yararlanmadıq. Bu oyunu unudub qarşıdakı Lüksemburqla matça hazırlaşmalıyıq. Növbəti qarşılaşmada qələbə qazanmaq lazımdır”.