İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi “Birminqem Siti”nin baş məşqçisi təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
37 yaşlı mütəxəssislə 3 il yarımlıq müqavilə imzalanıb.
Qeyd edək ki, oktyabrın 8-də Runi MLS komandası “Di Si Yunayted”in baş məşqçisi postunu tərk edib.