O güclər Azərbaycanla hesablaşmağa məcbur qalıb - Deputat

 

“Cənab Prezident İlham Əliyevin siyasi fəaliyyətini uzaqgörən, çevik, qətiyyətli siyasəti ilə ölkənin sürətli inkişafını təmin edib geosiyasi prosesləri Azərbaycanın xeyrinə dəyişməklə ciddi qələbələrə imza atan lider kimi dəyərləndirmək olar. Cənab İlham Əliyevin Azərbaycan rəhbərlik dövrü ancaq və ancaq qələbələrə imza atan lider kimi  tarixə düşəcək”.

Bunu  Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, bunun üçün Prezidentin son 20 ildəki fəaliyyətinə qısa nəzər yetirmək kifayətdir: “Ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı İlham Əliyev 2003-cü ildə hakimiyyəti gəlişi ilə Azərbaycan sıçrayışlı inkişaf mərhələsinə qədəm qoymuş oldu. Ölkədə hərtərəfli genişmiqyaslı islahatlar həyata keçirilməyə başladı ki, bu da sürətli inkişafa öz töhfəsini verdi. İslahatalrla yanaşı ölkənin iqtisadi, hərbi gücünün, qüdrətinin artırılması istiqamətində konkret hədəflərə xidmət edən məqsədyönlü siyasət həyata keçirildi”.

Deputat əlavə edib ki, bununla paralel olaraq qlobal aləmdə baş verən proseslərə çevik reaksiyaya verərək Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artması, möhkəmlənməsi istiqamətində, ölkəmizin xeyrinə olmayan geosiyasi proseslərin xeyrimizə dönməsi istiqamətində ciddi addımlar atılıb, layihələr icra olundu: “Bu məqsədlə cənab İlham Əliyevin  təşəbbüsü və Azərbaycanın iştirakı ilə  bölgədə çoxsaylı transmilli iqtisadi, enerji və logistik layihələri həyata keçirilməyə başladı. Cənab Prezidentin 20 illik hakimiyyəti dövründə Bakı-Tbilisi-Ərzurum, TAP, TANAP, Cənub Qaz Dəhlizi, BTC-nin müqavilənin müddətinin uzadılması, Avropa ölkələri ilə “yaşıl enerji” layihələri, Bakı-Tbilisi-Kars, “Şimal-Cənub”, Qərb-Şərq nəqliyat dəhlizi kimi logistik layihələr icra olunur və bu proses davam etməkdədir. Yürüdülən çevik, qətiyyətli siyasət nəticəsində Azərbaycan artıq enerji və logistik bir məkana çevrilib. Bu layihələrin icrası təkcə iqtisadi, maliyyə baxımdan  deyil, eyni zamanda beynəlxalq münasibətlər sistemində  nüfuzlu bir ölkəyə çevrilib, ciddi aktor rola malik bir ölkə kimi, həm də bütün bunlardan faydalanaraq xeyrimizə olmayan geosiyasi prosesləri Azərbaycanın xeyrinə dəyişməsi baxımdan mühüm əhəmiyyət kəsb edir.  

Digər tərəfdən yürüdülən məqsədyönlü siyasət nəticəsində Bakının qlobal humanitar məsələlərin dialoq mərkəzinə çevrilməsi də Azərbaycanın gücünə əlavə güc qatıb. 
Məhz bu yürüdülən siyasətin nəticəsi olaraq güclü, qüdrətli, dünyada nüfuzlu və söz sahibinə çevrilən Azərbaycan beynəlxalq münasibətlər sistemində ən mürəkkəb münaqişələrdən biri hesab edilən Ermənistan-Azərbaycan münaqişəsinə son verib ərazi bütövlüyünü, suverenliyini  təmin edib möhtəşəm qələbələrə imza atdı. Azərbaycan son iki yüz ildən artıq müddətdə ilk dəfə itirilmiş torpaqlarını bərpa etməyə nail oldu. 

Azərbaycanın Ermənistanın işğalına son verməsi Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bu reallıq Azərbaycanın gücünə əlavə güc qatıb. Hətta Azərbaycanın qələbəsinə sevinməyən güclər belə onun yaratdığı reallıqla hesablaşır, buna uyğun addımlarını müəyyənləşdirirlər. Çünki bilirlər ki, Azərbaycanla normal münasibətləri qurmadan bölgədə  hər hansı ciddi fayda əldə edə bilməyəcək. 

Artıq Azərbaycan gələcəyin layihələri hesab edilən logistika sahəsində Avrasiya coğrafiyasının logistik xəritəsini müəyyən edən  və bu məsələdə ciddi aktor rolu oynayan  bir ölkəyə çevrilməkdədir. Azərbaycanın yürütdüyü siyasət bütövlükdə Qafqazda sıx əməkdaşlıq formatının yaranmasına və qonşu regionlarla yeni qarşılıqlı faydalılıq prinsipinə əsaslanan əməkdalığa  xidmət edir. Bu da sonucda Avrasiya coğrafiyasında sülhə, təhlükəsizliyə, inkişafa öz müsbət töhfəsini verir. Əminəm ki, cənab Prezidentin liderliyi altında Azərbaycan qarşısında duran bütün hədəflərə nail olub, sosial rifah halında dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevriləcək. Cənab Prezident isə Azərbaycan tarixinə ancaq qələbərlə imza atan lider kimi düşəcək”. (ölkə.az)

Mürtəza

 

0.24616098403931