“Sevilya”nın yeni baş məşqçisi bəlli olub.
“Ölkə.az” xəbər verir ki, komandanı Dieqo Alonso çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
48 yaşlı uruqvaylı mütəxəssislə 2023/24 mövsümünün sonuna kimi müqavilə imzalanıb.
Alonsonun son iş yeri Uruqvay millisi olub. O, əvvəllər “İnter Mayami”ni də çalışdırıb.
Qeyd edək ki, “Sevilya” 8 oyundan sonra turnir cədvəlində 8 xalla 14-cü yerdədir.