Hindistandakı yeni səfirimiz kimdir? – DOSYE

 

Prezident İlham Əliyev aprelin 2-də Əşrəf Şıxəliyevin Azərbaycanın Hindistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsinə dair sərəncam imzalayıb.

Əşrəf Fərhad oğlu Şıxəliyev uzun illərdir Xarici İşlər Nazirliyinin əməkdaşıdır. O, Bakı şəhərində, görkəmli kimyaçı alim Fərhad Şıxəliyevin ailəsində dünyaya gəlib. F.Şıxəliyevin kimya texnologiyası, yeyinti, neft emalı və neft-kimya sənayesində əməyin mühafizəsi dair yazdığı kitablar ali məktəblərin kimya-texnologiya fakültəsi tələbələri üçün dərs vəsaiti kimi istifadə olunur.

F.Şıxəliyev bu təyinata qədər fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi var idi.

Bundan başqa Prezidentin 12 iyul 2017-ci ildə imzaladığı sərəncamla Ə.Şıxəliyev ölkənin diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Ə.Şıxəliyevin sonuncu və onu cəmiyyətə daha çox tanıdan iş yeri isə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi – AIDA-nın rəisi vəzifəsi olub.

Qeyd edək ki, AIDA 14 sentyabr 2011-ci ildə Xarici İşlər Nazirliyinin tərkibində yaradılıb. Agentliyin yaradılmasında əsas məqsəd dünyanın müxtəlif bölgələrində hökm sürən sosial problemlərlə mübarizədə beynəlxalq ictimaiyyətin göstərdiyi səylərə ölkəmiz tərəfindən dəstəyin verilməsini təmin etmək olub. Eyni zamanda, Azərbaycanda müşahidə edilən iqtisadi inkişaf nəticəsində xarici ölkələrdən daxil olan və getdikcə artan müraciətlərə Azərbaycan Respublikasının zamanında və əlaqələndirilmiş şəkildə beynəlxalq yardımını təşkil etmək AIDA-nın əsas vəzifəsi kimi müəyyən edilib.teleqraf.com

0.39328002929688