Kristiano Ronaldo Portuqaliya millisinin düşərgəsinə qatılmadan öncə "Əl Nəsr" rəhbərliyi ilə danışıb.
"Ölkə.Az" offsideplus.az-a istinadən xəbər verir ki, portuqaliyalı ulduz kluba müqavilənin müddətini 2027-ci ilin əvvəlinədək yeniləmək istədiyini bildirib.
Belə ki, Ronaldo DÇ-2026-da "Əl Nəsr" klubunun futbolçusu olaraq iştirak etdikdən sonra 2027-ci ildə karyerasını bitirmək istəyir.