"İnter Mayami"nin futbolçusu Lionel Messinin mühafizəçisi Yasi Çeuko növbəti dəfə diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, onun işi həm oyun, həm məşqlər zamanı, həm də şəxsi həyatında argentinalı super ulduzu qorumaqdır. O, demək olar heç kimi Leoya yaxın buraxmır.
Amma arada istisnalar olur. Azyaşlı fanatlardan biri Mayami təmsilçisinin son oyunu bitdikdən sonra Messiylə şəkil çəkdirmək üçün meydana daxil olub. Bu zaman Yasin həmin fanatın qarşısını kəsib və onu uzaqlaşdırmağa çalışıb. Ancaq qısa zamanda fikrini dəyişərək onu ulduz futbolçunun yanına gətrib və şəkil çəkdirməsinə, avtoqraf almasına şərait yaradıb.
Onun bu addımı sosial şəbəkələrdə böyük marağa səbəb olub və müsbət rəylər yazılıb.
Fanatların hadisəyə reaksiyası müxtəlif olub:
- “Bu gözəldir. Amma düşünürəm ki, belə məqamlar hələ də azarkeşləri buna həvəsləndirir”.
- “Onları həvəsləndirməyin”.
- “Super, amma riskli hərəkətdir”.