Ueyn Runi “DC United” klubunun baş məşqçisi postunu tərk edib.
Klubun mətbuat xidməti xəbər verir ki, bu, tərəflərin qarşılıqlı razılaşması əsasında baş verib.
“Bu, doğru vaxtdır. Klubun pley-offa yüksəlməsi üçün hər şeyi etdim. Ona görə də vaxt yetişib”, - deyə klubun mətbuat xidməti mütəxəssisdən sitat gətirib.
Qeyd edək ki, “DC United”in 40 xalı var və MLS Şərq Konfransının turnir cədvəlində 9-cu yerdədir. Klub pley-off mərhələsinin 1/16 finalına yüksəlib.
Xatırladaq ki, sentyabrda Runinin “Birmingem”də baş məşqçi ola biləcəyi xəbəri yayılmışdı.