“Otuz ildir ki, Ermənistan Azərbaycan ərazisində separatizmi və ya bir az da sərt desək, terroru maliyyələşdirir və himayə edir”.
"Demokratikmusavat.com" xəbər verir ki, bunu bloger Natali Aleksanyan deyib.
“Alma-Ata Bəyannaməsi əsasında Azərbaycanın ərazi bütövlüyünü tanıyan Nikol Paşinyan bildirdi ki, Qarabağ Azərbaycandır və həmişə belə olub. Bundan birbaşa belə nəticə çıxır ki, Ermənistan otuz ildir Azərbaycanın suveren ərazisini maliyyələşdirir və resurslarla təmin edir. Yəni Azərbaycan ərazisində separatizmə, bir az da sərt desək, terrora sponsorluq edirdi. Bu, mənim təhlilim deyil, bu, hüquq biliyi olan hər bir şəxs üçün aşkar faktdır", - deyə o bildirib.