AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək UEFA-dan növbəti təyinat alıb.
Qurumun rəsmi saytının yaydığı məlumata görə, o, Serbiyada yerli “Baçka Topola” və Yunanıstanın “Olimpiakos” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyununda hakim-inspektor olacaq.
Qeyd edək ki, qarşılaşma oktyabrın 5-də “TSC Arena”da gerçəkləşəcək.