FIDE reytinqi: Teymur Rəcəbovun mövqeyi dəyişməyib, Şəhriyar Məmmədyarov geriləyib

 

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) oktyabr ayı üçün reytinq cədvəli açıqlanıb.

FIDE-nin məlumatına görə, Azərbaycan şahmatçısı Teymur Rəcəbovun mövqeyi dəyişməyib. 36 yaşlı qrossmeyster 2 745 xalla 14-cü pillədə qərarlaşıb.

Şəhriyar Məmmədyarov (2734) isə 1 pillə geriləyərək, 17-ci sıraya enib. Bakıdakı Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abasov (2679) 58-ci yerə yüksəlib. Qədir Hüseynov isə reytinq cədvəlini tərk edib.

Siyahıya son Dünya Kubokunun qalibi olan norveçli Maqnus Karlsen (2839) başçılıq edir. İkinci pillədə ABŞ təmsilçi Fabiano Karuana (2786), üçüncü sırada isə çinli Din Liren (2780) yer alıb.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2441) 30-cu, Ülviyyə Fətəliyeva (2393) 56-cı, Gövhər Beydullayeva (2383) 66-cı, Gülnar Məmmədova (2346) isə 100-cü sırada qərarlaşıb.

0.20921397209167